"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xocasən bələdiyyəsinin sədri səyyar görüş keçirib

--2019-02-14 / 19:53

Binəqədi rayon Xocəsən bələdiyyəsinin sədri Məhərrəm əsgərov Xocəsən bələdiyyəsinin inzibati ərazisi olan 28 May qəsəbə sakinləri ilə səyyar görüş keçirib.

Belediyye.infoya bu barədə məlumatı Xocasən bələdiyyəsindən veriblər.

Məlumatda bildirilir ki, səyyar görüşdə qəsəbədə olan mövcud problemlərlə bağlı müzakirələr apaırlıb, bəzi yerlərdə məişət tullantıları üçün qutuların qoyulması və ətrafının abadlaşdırılması işlərinə qərar verilib.

Bununla bağlı hazırlanan layihənin icrasına yaxın günlərdə başlanılacaqdır.

Eyni zamanda “Azəravtoyol” tərəfindən küçələrin asfaltlanması işləri gedir. Sakinlərin xahişi ilə əlavə bir küçəyə də asfalt vurulması nəzərdə tutulur.

Səyyar görüşdə həmçinin sakinlərlə bələdiyyəyə ödənməli olan vergilərlə bağlı izahat verilib və maarifləndirici söhbət edilib.

Belediyye.info

ŞƏRHLƏR