Binəqədi rayonu Xocasən qəsəbəsi üzrə icra nümayəndəliyinin və Xocasən bələdiyyəsinin təşkilatçılığı ilə qəsəbənin R. Allahverdiyev küçəsində qanunsuz küçə ticarətinin yığışdırılmasıyla bağlı monitorinq keçirilib.
Bələdiyyədən daxil olan məlumata görə, küçə ticarəti ilə məşğul olanlar ilk növbədə qəsəbənin görkəminə xələl gətirir, eyni zamanda küçə ticarəti xoşagəlməz mənzərə yaratmaqla yanaşı, insanların rahatlığını pozur, sakinlərin gediş-gəlişinə mane olur, ətraf mühitin çirklənməsinə səbəb olur və ərazidə görülən müsbət işləri də kölgə altına alır.
Məlumat üçün bildiririk ki, R.Allahverdiyev küçəsindəki monitorinq zamanı küçə ticarətinin qarşısı alınaraq, küçə ticarətiylə məşğul olanlarla, habelə mağaza işlədən sahibkarlarla maarifləndirici söhbətlər aparılıb.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|