sorğu
Binəqədi rayon Xocasən bələdiyyəsinin şöbə müdiri Pərvanə Gözəlovanın Belediyye.info verdiyi məlumata görə, bu gün bələdiyyə ərazisində qəsəbənin görkəminə xələl gətirən bütün reklam və müxtəlif səpgili afişalar demontaj edilməsinə başlanılıb.
Günün sonunadək bir çox ərazilər belə reklam lövhələrindən xilas edilib.
Bələdiyyə rəsmisinin sözlərinə görə, hər yeni gün, yeni məsuliyyət, yeni əzmkarlıq deməkdir. Məqsədimiz qəsəbəmizin təmizliyi, rifahı və quruculuğudur. Biz yorulmadan hər gün yeni gün kimi sizlərə xidmət etməkdən zövq alırıq yetər ki, sakin məmnunluğu olsun.
P.Gözəlovanın sözlərinə görə, qəsəbədə bu tipli addımlar bələdiyyə tərəfindən bundan sonra da atılacaq.
Belediyye.info
|
|
|