sorğu
Binəqədi rayon Xocəsən bələdiyyəsi Ictimai-humanitar sektorunun təşkilatçılığı ilə qəsəbə ərazisində "Qəsəbəmizin təmizliyi, gözəlliyi naminə həmrəy olaq" adlı tədbir keçirilib. Bu barədə məlumat bələdiyyədən daxil olub.
Tədbirdə 217 saylı orta məktəbin müəllim və şagird heyəti iştirak ediblər.
Təmizlik aksiyası zamanı ərazidə təmizlik işləri aparılaraq, yaşıllıqlara qulluq edilib və sakinlərin asudə vaxtları zamanı parklarda istirahət üçün yerləşdirilən oturacaqlar rənglənib.
ərazidə bu cür təmizlik aksiyaların keçirilməsində əsas məqsəd ekoloji təmizliyi qorumaq və yaşıllıqlara qulluq göstərməkdir. O cümlədən, ekoloji maarifləndirmə işini şagirdlərimizə aşılamaqdır.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|