18 iyun 2019- cu il tarixi 23:30 radələrində Milli qəhrəmanımız Mübariz ibarhimov şəhidlik zirvəsinə ucalmışdır. O son məktubunda " Canım, atam və anam. Məndən sarı darıxmayın.inşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür.Allaha xatir bunu etməliyəm. ən azından ürəyim sərinlik tapar. şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm.
şəhid olsam- ağlamayın. əksinə , sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz..Haqqınızı halal edin."
Bu gün şəhidimizi II fəxri xiyabanda ziyarət etdik gül dəstələri qoyub ruhunə fatihə oxuduq. Fəxri xiyabana Binəqədi rayonu Xocəsən bələdiyyəsinin inzibati ərazisi olan 28 May nümayəndəsi Namil Məmmədov, Xocəsən bələdiyyəsinin ictimai sektor müdiri Leyla əliyeva , 306 saylı məktəbin direktoru Gültəkin ədilova və şagird heyəti iştiral etmişdir.
Xocasən bələdiyyəsi