313 saylı məktəbin akt zalında Binəqədi Rayon icra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Xocəsən bələdiyyəsi sədrinin 2019-ci ildəki fəaliyyətinə dair hesabat yığıncağı keçirilib.
Hesabat yığıncağında Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Vüsar ismayılov, ərazi üzrə xidmət sahələrinin rəisləri və qəsəbə sakinləri iştirak ediblər.
Binəqədi Rayon icra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi əlikram Haqverdiyev və Xocəsən bələdiyyəsinin sədri Məhərrəm əsgərov 2019-ci il ərzində qəsəbədə görülən işlər barəsində məruzə ilə çıxış ediblər.
Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən qəsəbə sakinləri məruzələrə münasibət bildirdirərək qəsəbədə həlli vacib məsələlərə toxunublar.
Sakinlərin qaldırdıqları məsələləri cavablandıran Vüsar ismayılov bu istiqamətdə Rayon icra Hakimiyyəti tərəfindən müvafiq dövlət qurumları ilə iş aparıldığını və həmin məsələlərin həll ediləcəyini diqqətə çatdırıb.
Sonda 2019-ci ilin yekunları ilə bağlı Rayon icra Hakimiyyəti başçısının Xocəsən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin və Xocəsən bələdiyyəsi sədrinin hesabat məruzələrində əksini tapan nöqsan və çatışmazlıqların və sakinlər tərəfindən qaldırılan problemlərin həlli ilə əlaqədar tədbirlər planının işlənib hazırlanması və icrasının nəzarətə götürülməsi barədə qərar qəbul edilib.
Belediyye.info
|
|
|
|