Binəqədi rayon Xocəsən qəsəbəsində kənd ağsaqqaları ilə görüş keçirilib. Görüşdə Xocəsən bələdiyyəsinin sədri Anar Abbasov, Binəqədi Rayon icra Hakimiyyəti başçısının qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Çingiz Bəylərov və 30 nəfərə yaxın qəsəbə ağsaqqalı iştirak edib.
Bələdiyyə sədri Anar Abbasov çıxışında öncə kənd ağsaqqalarının Ramazan bayramını təbrik edərək onlara süfrələrində ruzi-bərəkət və can sağlığı arzu edib. O, həmçinin ağsaqqalara söz verərək onları qəsəbə ilə bağlı narahat edən problemlərlə yaxından tanış olmaq istədiyini bildirib.
Görüş zamanı ağsaqqalar dinlənilərək onları narahat edən problemlər ətrafinda fikir mübadiləsi aparılıb. Görüş iştitakçılarını narahat edən problemlərdən ən mühimi qəsəbədə keçidin, məktəbin,uşaq baxçasının inşa edilməsi olub.
Bələdiyyə sədri son söz olaraq onlara bu məsələnin aidiyyatı qurumlar qarşısında qaldıracağını və yaxın zamanda həlli yolunda köməklik göstərəcəyinə söz verib.
Belediyye.info
|
|
|
|
|
|