"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xocasəndə monitorinq keçirilib

--2016-07-05 / 20:28

Binəqədi Rayon icra Hakimiyyəti Başçısı Aparatının əraziidarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin böyük məsləhətçisi Vəliyev Asəf və Xocəsən bələdiyyəsinin sədri Anar Abbasovun iştirakı ilə Ruslan Allahverdiyev küçəsində yerləşən böyük obyektlərin sahibkarları ilə monitorinq keçirilib. Monitorinq zamanı müfəttişlər tərəfindən bələdiyyəyə təqdim edilmiş qəbzlərlə sahibkarlardakı qəbzlər üzləşdirilmiş, eynilik yoxlanılıb.  Bələdiyyənin yaydığı məlumata görə, şəffaflığın təmin edilməsi məqsədiylə proses mütəmadi davam etdiriləcəkdir.

Belediyye.info

ŞƏRHLƏR