"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xudat bələdiyyəsi ötən il nə qədər maliyyə vəsaiti əldə edib?

--2023-03-01 / 06:04

2022-ci ildə Xudat bələdiyyəsinin yerli büdcəsinin gəlirləri 169.372 manat olmuşdur. Bu əsasən fiziki şəxslərdən torpaq vergisi üzrə 8.908 manat, fiziki şəxslərdən əmlak vergisi üzrə 21.163 manat, icarə haqqı üzrə 6.300 manat, bələdiyyə əmlakının və torpaqlarının özgəninkiləşdirilməsindən gəlirlər üzrə 119.100 manat, digər xidmətlərə görə ödəniş üzrə 10.401 manat, dotasiya 3.500 manat olub.

2022-ci ildə yerli büdcənin xərclər hissəsinin icrası 163.618 manat təşkil etmişdir. 2022-ci il ərzində büdcəyə daxil olmuş vəsait ümümulikdə kommunal təsərrüfat xərclərinə, sosial müdafiə, sosial təminat xərclərinə,Yerli özünüidarəetmə qurumlarının saxlanılmasına, təhsil, mədəniyyət və bədən tərbiyəsi xərclərinə istifadə olunmuşdur.

Belediyye.info

ŞƏRHLƏR