"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Xudat şəhərində şəhid ailələri ilə görüş keçirilib

--2019-01-16 / 07:30

Xaçmaz rayon Heydər əliyev Mərkəzinin Xudat şəhər filialında Xudat Bələdiyyəsinin birgə təşkilarçılığı ilə şəhid ailələri ilə görüş keçirilib. Bu barədə məlumatı Xaçmaz rayon Heydər əliyev Mərkəzi yayıb.

Tədbiri giriş sözü ilə Muzeyin drektoru Könül əsgərova açaraq tədbirin mahiyyəti haqqında geniş və ətraflı məlumat verib.

Daha sonra Xudat Bələdiyyəsinin sədri Elman Allahverdiyev, məktəb drektoru Ofeliya Qasımova və digərləri çıxış ediblər.

şəhid ailələri ilə dəyirmi masa arxasında görüşən ictimaiyyət numayəndələri onların ailələrinin sosial problemləri ilə də yaxından maraqlanmış və onlara Xudat Bələdiyyəsisi tərəfindən yardim bağlamalari təqdim edilmişdir.

Belediyye.info

ŞƏRHLƏR