sorğu
Respublika ərazisində xüsusi razılıq (lisenziya) əsasında fəaliyyət göstərən mehmanxanaların sayı 332-ə çatıb.
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən avqust ayı ərzində bir sıra mehmanxanalara mehmanxana və mehmanxana tipli obyektlərin fəaliyyətinə dair xüsusi razılıq verilib.
Nazirlikdən bildirilib ki, fiziki şəxslər Rəhimə Mahmudova, Ofeliya Quliyeva, Rafiq şükürov, Elşən Məmmədov və "Alişan" şirkətinə məxsus istirahət mərkəzi, mehmanxana və motel turizm fəaliyyəti ilə məşğul olmaq üçün lisenziya alıb.
AZəRTAC