Ölkə Prezidenti cənab ilham əliyev son zamanlar çıxışlarında idarəetmədə əsaslı islahatların aparılmasının zəruri olduğunu bəyan edib. Bu istiqamətdə qeyri-dövlət qurumlarının ( bələdiyyələr, QHT-lər, kiçik və orta biznes), vətəndaşların məmurdan az-çox asılılığını azaltmaq məqsədi ilə ASAN-xidmət, ictimai nəzarət, Dövlət qurumları və Prezident yanında Apelyasiya komissiyalarının yaradılması, Nazirliklərdə strukturların, məmurların səlahiyyətlərinin bir qisminin alınması, Gömrükdə aparılan islahatlar həyata keçirlib və keçirilməkdədir. Bugün islahatlar ağır gedir. Bu təbiidir, çünki yerlərdə prezident nümayəndələri, nazirlik səviyyəsində bütün az cox əmr vermək səlahiyyətinə malik bəzi məmurlar özlərinin tabeçiliyində olan digərlərinin üzərində özünü “xozeyin” hesab edir. əlbətdə heç kim “şahlığı”, “xozeynlığı”əldən vermək istəmir...
Bu ügn vətəndaş cəmiyyətinin-QHT sektorunda kimlərdənsə asılılığı yox dərəcəsindədir, baxmayaraq ki, bəzən əsaslandırılmamış, QHT mahiyyətini nəzərə alınmadan müxtəlif sənədlər qəbul edilir. Bu da QHT sektorunun fəaliyyətini mürəkkəbləşdirir.
Möhtərəm Prezidentin təşəbbüsi ilə, onun milli QHT-nın inkişafına yönəlmiş Konsepsiyası əsasında Prezident yanında QHT-lərə Dövlət Dəstəyi şurası yaradıldı. Səkkiz il ərzində tam demokratik, şəffaf, cəmiyyətdə çevikliklə, bərabər, ədalətli münasibətlə fəaliyyət göstərən Dəstək şurası bir demokratik model kimi diger sahələrdə də tədbiq edilə bilər.
Bəs bələdiyyələrdəki durum bu gün necədir? On altı ildir ki, ölkəmizdə bələdiyyə strukturu fəalliyyət göstərir. Yaddan çıxarmaq lazım deyil ki, bələdiyyələr özünüidarəedən qurumdur! Düzdü, ilk illərdə təcrübəsi, səriştəsi, hətta kifayət qədər savadı belə olmayan bələdiyyə üzvləri öz fəaliyyətində yerli icra strukturlarından asılı vəziyyətdə idilər. Təəssüf ki, illər keçdikcə bu üstünlüyü icra strukturları əldən vermək istəmir!
Baxmayaq ki, bələdiyyələrin mövcudluğu xeyli müddətdir. Xüsusəndə regionlarda nəzərə çarpan təcrübəsizlik, səriştəsizlik özünü qabarıq şəkildə diqqəti çəkir.
Deməli bələdiyyələrə seçki zamanı namizədlərin ərizələrinin qəbulu zamanı bu məqamı nəzərə almaq lazımdır, bəlkə də bələdiyyə qanunvericiliyndə dəyişiklik də edilə bilər.
Misal üçün: gələcəkdə özlərini bələdiyyədə görmək istəyən vətəndaşlarla kütləvi şəkildə idarəçilik, sosial, kommunal istiqamətində maarifləndirmə işini aparmaq olar. Bu prosesdə hər kəs üçün bəlli olacaq ki namizəd olmaq istəyən şəxs bələdiyyə işinə yarayır ya yox.
indiki reallıqda isə bələdiyyə seçkilərinə gedənlərin əksəriyyəti neqativ arzuları ilə bələdiyyə üzvü olmaq istəyir. Bunlar hamısı vəhdət şəkildə bələdiyyəni icra strukturlarından asılı vəziyyətə salır. Bir də qeyd etmək istəyirəm- yaddan çıxarmaq lazım deyil ki, bələdiyyələr özünüidarəedən qurumdur!
Bu hər bir bələdiyyənin fəaliyyətində azadlıq deməkdir. Çətinliklərə baxmayaraq bələdiyyələr öz üzərində üst strukturun olmasına imkan verilməməlidir! Qətiyyən olmaz!
idarəçilik, hesabatlılıq axsayırsa təlimlər keçsinlər. Yenə də qayıtmaq istəyirəm QHT fəaliyyətinə. iki-üç təsisçidən ibarət olan, icra aparatı olmayan QHT məcburdu özləri idarəçiliyi, hesabatlılığı öyrənsin. Bu öyrətmə missiyanı pulsuz, təmənnasız hər bir QHT üzvləri üçün heç bir QHT-nin, heç kəsin üzərində üst qurum olmayaraq Prezident yanında Dövlət Dəstəyi şurası həyata keçirir. Prezident yanında Dövlət Dəstəyi şurası modelini əsas götürərək Bələdiyyələrində belə bir Kolsantinq təşkilatı ola bilər. Və ya belə bir təlimləri Dövlət Dəstəyi şurasına sifariş vermək olar.
Dilarə Vəliyeva
Azərbaycan Respublikası QHT -lərə Dövlət Dəstəyi şurasının üzvü,
“Mülk” Assosiasiyasının sədri