"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin hesabat-seçki yığıncağı keçirilib

--2018-01-26 / 14:20

Yeni Azərbaycan Partiyası (YAP) Binəqədi rayon Təşkilatının inzibati binasında YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin hesabat-seçki yığıncağı keçirilib.

 Yığıncağı giriş sözü ilə açan YAP Binəqədi rayon Təşkilatının sədri Ramiz Göyüşov Yeni Azərbaycan Partiyası və partiyanın Binəqədi rayon Təşkilatının uğurlu, məqsədyönlü siyasi fəaliyyəti haqqında fikirlərini bölüşüb.

YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin hesabat-seçki yığıncağının keçirilməsinin məqsəd və məramından bəhs edərək hesabat dövrü ərzində görülən işlərin, reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb.

Bildirdi ki, YAP Binəqədi rayon Təşkilatı fəaliyyətində daim ulu öndər Heydər əliyevin ideyalarına sadiq qalaraq həyata keçirdiyi mühüm fəaliyyətin nəticəsi olaraq mühüm uğurlara imza atıb. Təbii ki, rayon təşkilatının fəalları bu işdə yaxından iştirak edərək əldə olunana uğurlara öz töhfələrini veriblər. Ramiz Göyüşov Gənclər Birliyinin fəaliyyətinin bundan sonra uğurla davam etdiriləcəyinə əminliyini ifadə edib.

Daha sonra çıxış edən YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin sədr əvəzi Fəsli Nəbiyev hesabat-seçki yığıncağının gündəliyini elan edib. Gündəlik yekdilliklə qəbul edildikdən sonra gündəlikdə duran məsələlər ətrafında müzakirələrə başlanılıb. Gündəliyə əsasən Fəsli Nəbiyev rayon təşkilatının Gənclər Birliyinin sədr əvəzi olaraq hesabat-məruzəsi ilə çıxış edib.

O, hesabat dövrü ərzində görülən işləri diqqətə çatdırdı. Qeyd etdi ki, Gənclər Birliyi tərəfindən ulu öndər Heydər əliyev irsinin araşdırılması, öyrənilməsi və təbliğ edilməsi, ölkə prezidenti, partiyamızın sədri cənab ilham əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən mühüm islahatlara, ölkəmizin hərtərəfli inkişafına hədəflənmiş fəaliyyətinə həsr olunmuş ideoloji işlərin aparılması, gənclərin maarifləndirilməsi üçün təxirəsalınmaz işlər görülüb. Həmçinin prezident ilham əliyevin rəhbərliyi ilə aparılan dövlət gənclər siyasətinin Binəqədi rayonunda uğurla həyata keçirildiyini söylədi. Bu baxımdan, Binəqədi rayonunda gənclərin inkişafı üçün yaradılmış şəraiti və görülən işləri xüsusi olaraq vurğuladı.
Hesabat məruzəsi ətrafında çıxış edən YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin fəalı Nicat şükürlü bildirdi ki, bugün ümummilli lider Heydər əliyevin görmək istədiyi Azərbaycan gəncliyi formalaşıb. Ümummilli liderin fəaliyyəti nəticəsində biz bu gün müstəqil, gündən-günə güclənən, inkişaf edən, dünya birliyində layiqli yer tutan bir ölkədə yaşayırıq. Müasir Azərbaycan gəncləri unutmurlar ki, onlar müstəqil dövlətin azad gəncləri olaraq, bugünkü uğurlara məhz ümummilli lider Heydər əliyevin əsasını qoyduğu və hazırda prezident ilham əliyevin davam etdirdiyi siyasi kurs nəticəsində sahib olublar. Gənc fəal Binəqədi gənci olaraq rayon gəncləri adından onlara göstərdiyiniz etimadı doğruldacaqlarına əminliklə söz verib.
Daha sonra hesabat məruzəsi ətrafında çıxış edən Binəqədi Rayon Gənclər və idman idarəsinin rəisi Elvin Aslanov ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətindən bəhs etdi.

Hesabat məruzəsi səsə qoyularaq qəbul edildikdən sonra gündəlikdə duran digər məsələlər – YAP Binəqədi rayon Təşkilatı Gənclər Birliyinin 37 nəfərdən ibarət şura və 21 idarə Heyətinin üzvlərinin tərkibləri müzakirə olunaraq təsdiq edildi. Həmçinin yığıncaq iştirakçılarının səsverməsinə əsasən Fəsli Nəbiyev sədr, Nigar Məmmədova, Anar əliyev və Fərhad Hacıyev isə sədr müavinləri seçililibər.

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Seymur Orucov çıxışında bildirib ki, 
əsası ümummilli lider Heydər əliyev tərəfindən qoyulmuş və bu gün prezident ilham əliyev tərəfindən uğurla davam etdirilən düzgün siyasətin nəticəsidir ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi gənclərlə iş sahəsi də uğurla inkişaf edir

Hesabat-seçki yığıncağında yekun nitq söyləyən Binəqədi Rayon icra Hakimiyyətinin başçısı Xaləddin isgəndərov ölkə prezidenti cənab ilham əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən, dövlətçiliyimizin möhkəmlənməsinə və xalqımızın rifahına hesablanmış mühüm islahatlardan söhbət açdı. Qeyd etdi ki, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər əliyevin müəyyənləşdirdiyi strategiyanın prezident ilham əliyev tərəfindən uğurla həyata keçirilməsi Azərbaycanın qarşısında böyük imkanlar açır. Azərbaycan Prezidenti ilham əlıyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs özündə millətin, dövlətin mənafeyinə cavab verən ən ali prinsipləri və normaları ehtiva edir.

Xaləddin isgəndərov Binəqədi gənclərinə böyük ümid bəslədiyini bildirərək onların dövlətimizi və xalqımızı daim ləyaqətlə təmsil edəcəklərinə əminliyini vurğuladı.

Həmçinin bütün gənclərimizi dövlət başçısı cənab ilham əliyevin ətrafında sıx birləşməyə və dövlətimizə qarşı yönəlmiş bütün təhdidlərə qarşı həmrəy olmağa çağırıb.

Belediyye.info

 

ŞƏRHLƏR