"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

YAP Binəqədi rayon təşkilatında şəhid övladları ilə görüş keçirildi

--2023-02-23 / 14:29
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatında Vətən müharibəsi şəhidlərinin - Azərbaycan Silahlı Qüvvələrinin giziri, Vətən müharibəsi şəhidi, “Cəsur döyüşçü”, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş ələkbərov Naiq Faiq oğlunun və Azərbaycan Silahlı Qüvvələrinin giziri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, Vətən müharibəsi şəhidi “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “şuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş Orucov Elşən Ehtiram oğlunun ailələri ilə görüş keçirildi.
Görüşdə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Vüsar ismayılov qeyd edərək bildirdiki, dövlət başçısı, Ali Baş Komandan ilham əliyevin rəhbərliyi ilə ordumuz Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərərək tarixi torpaqlarımızı işğaldan azad etdilər. Vətənimizin bütövlüyü uğrunda canlarından keçdilər. Prezident ilham əliyev tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğının bütün qurum və təşkilatlar üçün əsl örnək olduğunu, onların fikir və problemlərinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd etdi. şəhid övladlarının bizlərə əmanət olduğunu qeyd edən Vüsar ismayılov şəhid ələkbərov Naiq Faiq oğlunun övladı ələkbərli Çiçək Naiq qızını və şəhid Orucov Elşən Ehtiram oğlunun övladı Orucov Ehtiram Elşən oğlunu doğum günləri münasibətilə təbrik edib onlara gələcək həyatlarında uğurlar arzu etdi.
Sonda xatirə şəkli çəkdirildi.
 
Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı
 
ŞƏRHLƏR