Ağdam rayonu Quzanlı qəsəbə Mədəniyyət evində YAP-ın Ağdam Rayon Təşkilatının 10 -cu konfransı keçirilib.
Konfransda YAP-ın Siyasi şurasının üzvü, Ağcabədi RiH başçısı şahin Məmmədov, Milli Məclisin üzvü Bəxtiyar Sadıqov, YAP-ın Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov, Ağdam RiH-nın başçısı Raqub Məmmədov iştirak edib. Bu barədə məlumatı Ağdam RiH yayıb.
Konfransı giriş sözü ilə YAP-ın Ağdam rayon təşkilatının sədr əvəzi Zülfü Qasımov IX konfransdan keçən dövr ərzində respublikamızda və rayonumuzda baş verən ictimai- siyasi, iqtisadi və digər sahələrdə baş verən müsbət dəyişikləri əhatə edən geniş məruzə ilə çıxış edib.
Məruzə ətrafında YAP rayon Qadınlar şurasının sədri Mətanət Misirxanova, YAP rayon Gənclər Birliyinin sədri Azər əliyev, YAP rayon Təbliğat qrupunun rəhbəri Hüseyn Bayramov çıxış ediblər.
YAP-ın rayon təşkilatı Nəzarət-Təftiş Qrupunun sədri Mehdi Məmmədov qrupun hesabat dövründəki fəaliyyəti barədə məruzə edib.
Daha sonra Ağdam RiH-nin başçısı Raqub Məmmədov, YAP Siyasi şurasının üzvü, Ağcabədi RiH başçısı şahin Məmmədov və Milli Məclisin üzvü Bəxtiyar Sadıqov çıxış ediblər.
YAP-ın Ağdam rayon təşkilatının X konfransında əliyev Allahverən idris oğlu Yeni Azərbaycan Partiyası Ağdam rayon təşkilatına sədri, əliyev Baxşeyiş əliş oğlu və əliyeva Xəyalə israyil qızı YAP rayon təşkilatının sədr müavinləri seçiliblər.
Bundan başqa Konfransda 33 nəfər şura üzvü, 17 nəfər idarə Heyətinin üzvü, 5 nəfər isə Nəzarət-Təftiş Qrupunun tərkibinə seçilib.
Xatırladaq ki, YAP-ın Ağdam təşkilatının sədri ötən ilin avqust ayında ürək tutmasından dünyasını dəyişdiyindən sədr səlahiyyyətlərini Zülfü Qasımov icra edirdi.
Belediyye.info