sorğu
10 may 2017-ci il tarixində Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatı tərəfindən Ulu Öndər Heydər əliyevin 94-cü ildönümü münasibəti ilə əhməd Rəcəbli küçəsi 54 ünvanında yerləşən yaşıllıq zolağında ağacəkmə aksiyası keçirilib. Bu barədə məlumatı YAP-ın Nərimanov təşkilatı yayıb.
Aksiyada YAP Nərimanov rayon təşkilatının sədri, Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev, YAP Nərimanov rayon Gənclər Birliyinin sədri Yusif Babanlı, təşkilatın əməkdaşları və fəal gənclər iştirak etmişlər. Aksiyada 100-dən çox şam və müxtəlif növ digər ağac və kollar əkilib.
Belediyye.info