Qaradağ rayonu Sahil qəsəbəsində YAP-ın Qaradağ rayon təşkilatının və Sahil bələdiyyəsinin təşkilatçılığı ilə "Zəfər yolu" adlı ədəbi-bədii tədbir keçirilib. Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. əvvəlcə qonaqlar Vətən müharibəsinə həsr edilmiş rəsm əsərlərinin sərgisiylə tanış oldular. Tədbirdə 44 günlük müharibədən, Ali Baş Komandan ilham əliyevin uğurlu siyasətindən söhbət açıldı. Daha sonra şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Tədbirdə II Qarabağ müharibəsində şəhid olan qəhrəmanlarımızın ailə üzvləri, qazilər, Sahil qəsəbəsinin ziyalıları və ağsaqqaları, habelə Qaradağ RiH-in şöbə müdiri Münis Bayramov, MM deputatı Aydın Hüseynov, YAP-ın Qaradağ təşkilatını sədri Qafar əliyev, Sahil bələdiyyəsinin sədri Elmira əliyeva və bələdiyyənin kollektivi iştirak ediblər.
Tədbir iştirakçıları çıxışlarında xalqımızın 30 illik həsrətinə son qoyulduğunu, Azərbaycanın ərazi bütövlüyünün, süverenliyinin bərpa edildiyini, haqqın -ədalətin nəhayət ki yerini tapdığını dilə gətiriblər. insanların öz doğma yurd -yuvalarına qayıdacaqlarına qəlbən sevindikərini xüsusilə vurğulamışlar. Bununla da Cənab Ali Baş Komandanın “Qarabağ Azərbaycandır və nida” ifadəsi gerçəkləşdirildi. Bu yolda neçə-neçə qəhrəman igid oğullarmız şəhid oldu, yaralandı, Vətən uğrunda qanından, canından keçdi. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə şəfa versin.
Çay süfrəsi arxasında davam edən tədbir bədii proqramla davam etdirildi. Tədbir zamanı şagirdlər şeir parçaları səsləndirdilər, musiqi alətində ifa etməklə, vətənpərvər mahnılar oxudular.
Tədbirin sonunda Sahil bələdiyyəsinin inzibati binasında qəsəbə II Qarabağ Müharibəsində şəhid olmuş qəsəbə sakinlərinin ailə üzvlərinə və qazilərə Holcim Azərbaycan ASC-nin və Sahil bələdiyyəsinin hazrıladığı qiymətli hədiyyə və ərzaq kuponları təqdim edilib.
Belediyye.info
https://www.youtube.com/watch?v=BwLTbG0FLo0
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|