Hakim Yeni Azərbaycan Partiyası (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri üçün namizədlərinin siyahısını açıqlayıb. Siyahıda parlament seçkilərində deputatlığa namizəd olacaq şəxslər sırasında bələdiyyə üzvü olanlarında adları yer alıb. Belə ki, siyahıda 8 saylı Binəqədi birinci seçki dairəsində Binəqədi bələdiyyəsinin lider namizədi əliyarlı Kübra Məhəmməd qızı, 57 saylı Kürdəmir seçki dairəsindən Kürdəmir bələdiyyəsinin lider namizədlər siyahısında yer alan Qəribov Nizami isməli oğlunun və Xətai bələdiyyəsinin lider namizədlər sırasında yer alan Kənan Rzayevdə var.
əlavə edək ki, Kübra əliyarlı 2014-cü ildən bələdiyyə üzvü, Nizami Qəribov isə 1999-2014-cü illərdə keçirilən seçkilərdə bələdiyyə üzvü və bələdiyyə sədri seçilmşdir.
Belediyye.info