"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

YAP Nərimanov rayon təşkilatı növbəti tədbir keçirib

--2017-10-07 / 02:51

YAP Nərimanov rayon təşkilatının təşkilatçılığı ilə Təbriz küçəsi 19 ünvanlı ərazi ilk partiya təşkilatında Yeni Azərbaycan Partiyasının yaranmasının 25 illiyi münasibəti ilə tədbir keçirilmişdir. Bu barədə məlumatı YAP=ın Nərimanov təşkilatı yayıb.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Təbriz küçəsi 19 ünvanlı ərazi ilk partiya təşkilatının sədri Həsən Bayramov, təşkilatın kollektivi və fəal gənclər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə ərazi ilk partiya təşkilatının sədri Həsən Bayramov açaraq Yeni Azərbaycan Partiyasının yaranma tarixindən, həmin dövrlərdəki xalqı düşünülmüş məhvolmaya sürükləyən siyasi proseslər, özbaşınalıqlar, hazırkı müxalifət liderlərinin öz şəxsi maraqları naminə ölkədə yaratdıqları vətəndaş qırğınları nəticəsində xalqın xilaskarı – Ulu Öndər Heydər əliyevə üz tutaraq onu yenidən hakimiyyətə gətirilməsinin tarixi zərurətdən doğduğunu vurğuladı.

Çıxış edən YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev Yeni Azərbaycanın təməl daşı olan Yeni Azərbaycan Partiyasının yaranması və qısa bir zamanda hakim partiyaya çevrildiyi gündən bu günədək qətt etdiyi şərəfli yoldan, ötən 22 il ərzində qazanılan uğurlardan geniş bəhs edərək, xalqın partiyası olan Yeni Azərbaycan Partiyasının ölkə başçısı, partiya Sədri Prezident ilham əliyevin rəhbərliyi altında bundan yüksək nailiyyətlərə imza atacağını qeyd etdi. Sonda o kollektivin işinə uğurlar arzuladı və Partiya üzvlərinin mövcud aktivliklərini qoruyub saxlamalarını tövsiyə etdi.

Sonra çıxış edən fəal üzvlər bildirdilər ki, müstəqilliyinin ilk illərində ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi ucbatından varlığı şübhə altında qalan Azərbaycanın bu bəlalardan xilas olması üçün xalqın üzünü Heydər əliyevə tutması gələcəyə ümiddən xəbər verirdi. Saflıq, saf mənəviyyat üzərində qurulmuş partiyanın öz ətrafında 700 mindən çox üzvü birləşdirməsi də bunun göstəricisidir.

Qeyd edək ki Təmraz Tağıyev həmdə Nərimanov bələdiyyəsinin sədridir.

Belediyye.info

ŞƏRHLƏR