Bu gün YAP Nərimanov rayon təşkilatında "Yeni Azərbaycan" təşviqat qrupunun Nərimanov rayon şöbəsi 26 sentyabr 2016-cı il tarixdə Azərbaycan Konstitusiyasına ediləcək əlavə və dəyişikliklərlə bağlı keçiriləcək ümumxalq səsverməsinin (referendum) təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüş keçirilib. Bu barədə məlumat təşkilatın sosial şəbəkəsindəki profilində payıaşılıb.
Görüşdə YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev, Milli Məclisin deputatları Hikmət Babaoğlu, Mirzəcan Xəlilov, YAP Nərimanov rayon təşkilatının sədr müavini Vaqif Novruzov, Nərimanov rayon Ağsaqqallar şurasının sədri Miri Həsənov, Nərimanov rayon Gənclər idman idarəsinin rəisi Nəcəf Novruzov, YAP Nərimanov rayon GB-nin sədri Yusif Babanlı, rayon seçiciləri və fəal gənclər iştirak etmişlər.
Görüşü giriş sözü ilə "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, YAP Nərimanov rayon təşkilatının sədri Təmraz Tağıyev açaraq qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri ilham əliyevin "Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının layihəsi barədə sərəncamının ölkəmiz üçün faydalılığından bəhs edərək bildirdi ki, növbəti Referendumun keçirilməsi ideyası ölkəmizdə yeni islahatların həyata keçirilməsinə hesablanmış mütərəqqi addımdır. Ölkə inkişaf etdikcə, təhlükəsizlik sistemi yaxşılaşdıqca, dövlət strukturlarında islahatlar həyata keçirildikcə, beynəlxalq konvensiyalara qoşulduqca münasibətlərin tənzimlənməsi üçün Konstitusiyaya müvafiq dəyişikliklərin olmasına zərurət yaranır. Bilirik ki, Azərbaycanda Konstitusiya 1995-ci ildə qəbul olunub. Ötən 20 ildən artıq müddətdə Konstitusiyaya bir neçə dəfə əlavə və dəyişikliklər olub. indi də növbəti referendumun keçirilməsi və dəyişikliklərin edilməsi nəzərdə tutulur. Dəyişikliklərdə insan hüquq və azadlıqlarının qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, dövlət aparat sisteminin təkmilləşdirilməsi, seçkidə iştirakın tam şəkildə sərbəstləşdirilməsi, o cümlədən informasiya təhlükəsizliyi, anonim informasiyaların aradan qaldırılması, vətəndaşların müraciətlərinə baxılması, dövlət və bələdiyyə qurumlarından, onların hərəkət və hərəkətsizliyindən vətəndaşın şikayət etmək hüququ əksini tapıb. Referendum Aktı layihəsində Azərbaycanda birinci vitse-prezident və vitse-prezidentlər postunun yaradılması, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılması, prezident seçkilərində yaş məhdudiyyətinin aradan qaldırılması, parlament seçkilərində iştirak üçün yaş həddinin 25-dən 18-ə endirilməsi və s. nəzərdə tutulur. əminəm ki, hər bir azərbaycan vətəndaşı kimi sizlər də bu seçkilərdə aktiv iştirak edəcək və irəli sürülən təklifləri dəstəkləyərək bir daha cənab Prezident ilham əliyevin ətrafında sıx birləşdiyinizi nümayiş etdirəcəksiniz.
Millət vəkili Hikmət Babaoğlu nitq söyləyərək bildirdi ki, Sentyabrın 26-da ölkəmizdə ümumxalq səsverməsi - referendum keçiriləcək. Konstitusiya ilə bağlı 29 məsələ vətəndaşların müzakirəsinə təqdim olunacaq ki, onlardan 23-ü dəyişikliklər, 6-sı isə əlavədir. Təklif edilən əlavə və dəyişikliklər bir çox istiqamətləri əhatə edir. Referendum Aktı layihəsində əksini tapan məsələlər sahibkarlıq, insan hüquqları, təhlükəsizlik, idarəetmə və digər sahələrdə müasir dövrün çağırışlarına cavab verən islahatların həyata keçirilməsini təmin edəcək. Bu, sadalanan istiqamətlərdə yeni keyfiyyət dəyişikliklərinin yaranmasına səbəb olacaq.
Sonra Nərimanov rayon Ağsaqqallar şurasının sədri Miri Həsənov və Gənclər idman Nazirliyinin əməkdaşı əli Məmmədov çıxış edərək söylədilər ki, hazırda ölkəmiz yüksəliş dövrünü yaşayır. Biz gələcəyimizi düşünməliyik. Bizim hədəfimiz sivil gələcəyə hesablanan addımlardır. Sözügedən dəyişikliklər ölkəmizin daha da inkişafına şərait yaradacaq. Düşünürəm ki, Nərimanov rayonunun seçiciləri bu işdə aktiv olub öz gələcəyinə səs verəcək.
Sonda təşkilat sədri T. Tağıyev vurğuladı ki, Yeni Azərbaycan» təşviqat qrupu öz üzərinə düşən vəzifəni uğurla yerinə yetirəcəkdir. Başlıca məqsədimiz Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı ümumxalq müzakirəsinə çıxarılmış məsələləri seçicilər arasında geniş və hərtərəfli şəkildə təşviq etmək, eyni zamanda hər zaman olduğu kimi bu seçkidə də ölkə başçısı cənab Prezident ilham əliyevin ətrafında sıx birləşməkdir.
Bununlada iclas öz işini başa vurub.
Belediyye.info
|
|
|