"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yarmarkada antisanitariyanın qarşısı alınır

--2016-08-23 / 18:55

Binəqədi rayon Biləcəri bələdiyyəsinin yaydığı məlumata görə, qəsəbədə fəaliyyət göstərən “Dəmir yolu kənd təsərrüfatı mallarının satışı yarmarkasına“ sakinlərin müraciətinə əsasən baxış keçirilib.

Baxışda Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev, Binəqədi RiH Başçısının Biləcəri qəsəbəsi üzrə  icra Nümayəndəsi ibad ibrahimov və  Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Fədai Hacıyev iştirak edib.

Baxış zamanı satıcılara öz vəzifələri bir daha izah edilərək  “Dəmir yolu kənd təsərrüfatı mallarının satışı yarmarkası”nda antisanitar vəziyyətin qarşısını almaq məqsədilə müvafiq tədbirlərin görülməsi məqsədə uyğun hesab edilib.

Xatırladaq ki,  satış yarmarkası 2015-ci ildən Binəqədi RiH Başçısının Biləcəri qəsəbəsi üzrə  icra Nümayəndəliyi tərəfindən təşkil olunub.

Belediyye.info

ŞƏRHLƏR