"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yasamal bələdiyyəsi aztəminatlı ailələrə ərzaq bağlamaları təqdim edib

--2020-05-08 / 02:47

Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə 65 yaşlı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan Yasamal bələdiyyəsi yaxından iştirak etməklə dəstək verməkdədir.

Bu barədə məlumat Yasamal bələdiyyəsindən daxil olub.

Aprel ayından başlayaraq Yasamal bələdiyyəsi tərəfindən rayon ərazisində yaşayan aztəminatlı ailələrə bələdiyyənin siyahisi üzrə bələdiyyənin rəsmilərinin və bələdiyyə qulluqçularının iştirakıyla ərzaq bağlamaları təqdim edilmişdir. Prosesin may ayının sonunadək davam edəcəyi nəzərdə tutulub.

Belediyye.info

ŞƏRHLƏR