"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yasamal bələdiyyəsi daha bir layihəyə yekun vurub

--2020-07-17 / 10:42

Yasamal bələdiyyəsi Yasamal RiH təşəbbüsü və sakinlərin müraciəti əsasında bu gün rayon ərazisindəki qəbirstanlıqlarda təmizlik işlərini həyata keçirib. Qəbirarası keçidlər kol-kosdan təmizlənmiş, qurumuş ağac kolları budanmış və ərazi sahibsiz zibil tullantılarından təmizlənmişdir.

Yasamal bələdiyyəsinin müvafiq strukturunun işçilərinin, habelə ərazidəki xidmət qurumun əməkdaşlarının iştirakıyla zibil tullantıları avtomaşınla müvafiq yerə daşınmış, ərazilərdə səlıqə-səhman yaradılmışdır.

Bu barədə məlumatı Yasamal bələdiyyəsi yayıb.

Bələdiyyədən daxil olan məlumatda daha sonra qeyd edilir ki, ilin sonunadək qəbirstanlıq ərazilərinin təmizliyi daim diqqət mərkəzində saxlanılmaqla ilin sonunadək əraziyə yaşllıq zolaqlarının salınması da nəzərdə tutulur.

Belediyye.info

ŞƏRHLƏR