"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yasamal bələdiyyəsi daha bir şəhidin xatirəsini əbədiləşdirib

--2021-12-20 / 04:57

Yasamal RiH-in təşəbbüsü Yasamal bələdiyyəsinin təşkilatçılığı ilə şəhid isa Məhərrəmovnun əziz xatirəsinə “Bulaq” inşa edilib.

Yasamal bələdiyyəsi tərəfindən Bulaq kompleksinin ətrafı, habelə şəhidin yaşadığı mənzilin qarşısından keçən yola asfalt vurulmuş , səliqə-səhman işləri aparılmışdır.

Bələdiyyədən daxil olan məlumata görə, Yasamal bələdiyyəsi olaraq şəhidlərin adının əbədiləşdirilməsi ilə bağlı ciddi layihələri davam edilməkdədir.

əlavə edək ki şəhid Məhərrəmov isa Məhərrəm oğlu 15 fevral 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. O, orta təhsilini 52 saylı məktəbdə almışdır. 2020-ci il Vətən müharibəsi zamanı döyüşlərdə iştirak etmiş və 2020-ci ilin oktyabr ayının 19-da şəhidlik zirvəsinə ucalmışdır. Subay idi. Məhərrəmov isa Məhərrəm oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə  ölümündən sonra  “Vətən uğrunda" medalı və  "Füzulinin azad olunması uğrunda" medalı ilə təltif edilmişdir.

Belediyye.info

ŞƏRHLƏR