Yasamal bələdiyyəsinin yaydığı məlumata görə, bələdiyyə iclasının qərarına əsasən cari ilin birinci rübündə rayon əraziisndə məhəllədaxili asfalt örtüyünün çəkilməsi və abadlıq işlərinin görülməsi ilə bağlı Mirzə ibrahimov küçəsi 53, Məmmədhüseyn şəhriyar küçəsi 5, Fuad ibrahimbəyov küçəsi 35/45, Naxçivani küçəsi 15 ünvanlarda yaşayan sakinlər tərəfindən daxil olmuş və müraciətlərə baxıldıqdan sonra Yasamal Bələdiyyəsi tərəfindən abadlıq işləri həyata keçirilmişdir.
Bələdiyyənin yaydığı məlumata görə, bələdiyyə daha çox abadlıq işlərinin həyata keçirilməsində bələdiyyənin vergilərini vaxtında və nizamlı şəkildə ödəyən məhəllələrdə həyata keçirir.
Məhz bu addım nəticəsində sakinlərdə vergilərin vaxtında ödəniş etməyə maraqlı olurlar.
Belediyye.info