Yasamal bələdiyyəsi “Yerli Demokratiya Həftəsi” çərçivəsində M. ə. Sabir adına Bakı Pedaqoji kollecdə gənc və yeniyetmələrlə görüş keçirilib. Bu barədə məlumatı Yasamal bələdiyyəsi yayıb.
Tədbirdə çıxış edən Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov son illər rayon ərazisində aparılan genişmiqyaslı abadlıq işlərindən danışıb.
Zakir Cəfərov tədbirin məqsədindən danışaraq “Yerli Demokratiya həftəsi”nin ölkə bələdiyyə sisteminin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb.
Sədr tədbir iştirakakçılarına Yasamal Bələdiyyəsi tərəfindən həftə çərçivəsində keçirilən tədbirlər haqqında da məlumat verib. O, "Yerli Demokratiya Həftəsi"ylə bağlı bələdiyyə iclasının qərarıyla iş planının təsdiq edildiyini, bu gün keçirilən görüşün də məhz bu proqrama uyğun təşkil edildiyini xüsusi vurğulayıb.
Sonda sədr Z.Cəfərov və Yasamal bələdiyyəsinin üzvü əli əkbərli tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırlıb? bəzi məqamlara aydınlıq gətirilib və iştirakçılara müxtəlif təklif və tövsiyələr verilib.
Belediyye.info
|
|
|
|
|
|
|
|