"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yasamal bələdiyyəsi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə köçürüb

--2020-04-17 / 08:55

Yasamal  bələdiyyəsində Koronavirusla Mübarizəyə Dəstək Fonduna 4500 manat həcmində ianə edilməsi qərara alınıb. Bununla bağlı məlumat Belediyye.infoya bələdiyyədən daxil olub.

Bələdiyyədən daxil olan məlumatda bildirilir ki, bələdiyyə bu nəcib təşəbbüsə qoşularaq fonda keçirməyi qərara alıb. Bundan əvvəl isə pandemiya ilə mübarizə çərçivəsində rayonda dezinfeksiya işlərində, habelə Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə 65 yaşlı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşularaq yaxından iştirak ediblər.

Qeyd edək ki, Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.

Belediyye.info

ŞƏRHLƏR