"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yasamal bələdiyyəsi məhəllə komitələrinin sayını artırıb - TəKLiF

--2015-07-25 / 22:43

Yasamal bələdiyyəsindən Belediyye.info saytına daxil olan məlumata görə, əhali ilə birgə fəaliyyətin vacibliyini nəzərə alaraq 2015-ci ilin birinci yarımilində 10 yeni məhəllə komitəsi yaradılıb.

Bununla da  Yasamal bələdiyyəsində  məhəllə komitələrinin sayı 84-ə çatdırılib. Bələdiyyə yeni məhəllə komitələrinin yaradılması istiqamətində işlərini davam etdirir.

Bələdiyyədən daxil olan məllumatda qeyd edilir ki, cari ildən bələdiyyə yeni təkliflə çıxış edib. Belə ki, bələdiyyə iclasının qərarı ilə məhəllələrdə abadlıq-quruçuluq işləri, ilk növbədə daha çox vergi ödəyən məhəllə komitələrinin ərazisində aparılması müəyyənləşdirilib. Belə bir qərarın qəbul edilməsində məhəllə komitələri də iştirak etmiş və stimullaşdırıcı amil kimi  bu təcrübə tərəfimizdən son illərdə uğurla tətbiq edilir. Bələdiyyə büdcəsinə ödənilən vergilərin əsasən də məhəlləsinin abadlaşdırılmasına  və orada yaşayan aztəminatlı ailələrə maddi yardımlara yönəldilməsi barədə məlumatı olan və qonşu məhəllələrin timsalında bunu  faktiki görən sakinlər vergilərin vaxtında ödənilməsində özləri maraqlı olurlar.  Təcrübə göstərir ki, məhəllələrin abadlaşdırılması zamanı yerli əhalinin bələdiyyə işinə cəlb edilməsi, bələdiyyə fəaliyyətində şəffaflığın təmin edilməsinin əsas şərti kimi ictimai nəzarətin həyata keçirilməsinə şərait yaratmaqla bərabər, yerli əhalidə təşəbbuskarlığı da artırmış olur. Eyni zamanda  istifadəyə verildilkdən sonra abadlaşdırılmış məhəllələrin qorunub saxlanması və yaşıllıqlara xidmət edilməsi işinin təşkilini maraqlı tərəf kimi məhəllə sakinləri  öz üzərinə götürürlər.

Belediyye.info

ŞƏRHLƏR