"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yasamal bələdiyyəsi məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsinə başlayıb

--2022-04-15 / 12:44

“ikinci Alatava yaşayış massivində məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsinə başlanılıb”- bununla bağlı məlumatı Yasamal bələdiyyəsi yayıb.

Yaşayış massivində 10.000 kv.metrlik ərazinin asfalt örtüyünün çəkilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Yasamal bələdiyyəsi rayonda icrasına başlanılan və Yasamal RiH-in təşəbbüsü ilə yüksək sürətlə aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərində öz töhfəsini daim verməkdədir.

Rayon ərazisində müasir infrastrukturun yaradılması istiqamətində həyata keçirilən yolların və məhəllədaxili küçələrin əsaslı şəkildə təmiri və yenidən qurulması prioritet məsələlərdən biridir və daim Yasamal bələdiyyəsinin diqqət mərkəzində saxlanılır.

Qeyd edək ki, sakinlərin müraciətləri nəzərə alınaraq rayon ərazisində asfaltlanmasına ehtiyac olan küçələrdə bu işlər mərhələli şəkildə bələdiyyə tərəfindən aparılır.

Belediyye.info

ŞƏRHLƏR