"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yasamal bələdiyyəsi məzarlıqda təmizlik işləri aparıb

--2022-03-14 / 15:07

Yasamal bələdiyyəsi təşəbbüsü ilə Novruz bayramı ərəfəsində M.şərifzadə küçəsində yerləşən 1 Dağüstü qəbrstanlığında abadlıq işləri aparılmış, ağaclar budanmış və məzarlığın hər bir sektorda təmizlik işləri aparılmışdır.

Yasamal bələdiyyəsindən daxil olan məlumata görə, rayon ərazisində yerləşən 1-saylı Dağüstü qəbirstanlıq 1940-ci ildə yaradılıb. indiyədək Bakı şəhər icra Hakimiyyətinin Vətəndaşlıq xidməti Trestinin balansında olub.

Azərbaycan Respublkası Nazirlər Kabinetinin 522 saylı Qərarı ilə 01.08. 2019-cu ildən Yasamal bələdiyyəsinə təhvil verilmişdir.

Bələdiyyədən daxil olan məlumatda bildirilir ki, bələdiyyə tərəfindən ərazidə mütəmadi olaraq abadlıq işləri həyata keçirilir.

Yasamal bələdiyyəsi vətəndaşların müraciətlərini nəzərə alaraq, qəbirstanlığı sektorları bölmüş, ərazidə işarəedici nişanlar basdırılmış və məlumat xarakterli lövhələr vurulmuşdur. Hazırda məzarlıqda olan hər kəs qəbirstanlıqda dəfn olunan qohumlarını ziyarət edərkən heç bir çətinlik çəkmir, həm də səliqə-səhmandan razılıq edirlər. əlavə edək ki, burada müsəlman, xristian, yəhudi qəbirstanlığı ilə yanaşı ikinci və üçüncü “Fəxri xiyabanda” 1-saylı Dağüstü qəbirstanlığın ərazisindədir.

Belediyye.info

ŞƏRHLƏR