Yasamal bələdiyyəsi Yasamal RiH-in təşəbbüsü ilə bələdiyyənin icra aparatının məsul əməkdaşlarının iştirakıyla xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrup üzvləri tərəfindən rayon ərazisində izahat işləri davam etdirir. Bu gün rayonun A.M.şərifzadə küçəsindəki iri supermarketlərə reydlər və əhali arasında maarifləndirmə işləri davam etdirilmişdir.
Bu barədə məlumatı Yasamal bələdiyyəsi yayıb.
Keçirilən maarifləndirmə işlərində əhalinin sıx olduğu məkanlarda, ticarət obyektlərində qoruyucu maskalardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılmış, o cümlədən sakinlərə maskalar paylanılmışdır.
Sakinlərlə söhbətlərdə rayon ərazisində koronavirus infeksiyası əleyhinə görülən tədbirlərin daha səmərəlii nəticə verməsi məqsədilə vətəndaşların məsuliyyətli olmasının mühüm əhəmiyyət kəsb etdiyi və bütün dünyanı cənginə alan COVID-19 infeksiyasına qalib gəlməyin yeganə yolunun məsuliyyətli davranmaq və karantin qaydalarına ciddi şəkildə riayət edilməsi bir daha onların diqqətinə çatdırılıb.
Belediyye.info
|
|
|
|
|
|
|
|
|
|
|
|