"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yasamal bələdiyyəsi qazinin mənzilini təmir edib

--2022-09-09 / 14:26

“şəhid ailələrinin, qazilərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində  cənab Prezident ilham əliyevin rəhbərliyi ilə ölkəmizdə sistemli, ardıcıl və davamlı tədbirlər həyata keçirilir.”- bu fikirləri Belediyye.infoya Yasamal bələdiyyəsinin sədri Tahir Məmmədov bildirib.

Sədrin sözlərinə görə, Yasamal rayonunda Vətən müharibəsi şəhidlərinin ailələrinə, əlillərə və iştirakçılara daim diqqət və qayğı ilə yanaşılır. Yasamal bələdiyyəsi olaraq müntəzəm olaraq bu ailələrin problemləri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar tədbirlər həyata keçirirlər.

Vətən müharibəsi qazisi Namir Həsənovun müraciəti bələdiyyə iclasında müzakirə edilərək dərhal evin təmir edilməsi qərara alınıb.

Bu günlərdə Yasamal bələdiyyəsinin sədri T. Məmmədov və aparatın işçiləri qazinin təmir olunmuş mənzilində olaraq səmimi söhbət etmiş və söhbət zamanı qazini narahat edən digər problemlər müzakirə olunmuş və ona yaxından köməklik göstərilmişdir.

Belediyye.info

ŞƏRHLƏR