sorğu
Yasamal rayon icra Hakimiyyətinin təşəbbüsü ilə Yasamal bələdiyyəsi rayonun müxtəlif ünvanlarında kompleks tədbirlər həyata keçirir.
Rayonun ayrı-ayrı küçələrində, həyət və yaşayış məhəllələrində abadlıq-quruculuq işləri aparılır, binaların həyətində sakinlərin asudə vaxtlarını keçirmək üçün söhbətgahlar və oturacaqlar qoyulur, onların rahat gediş-gəlişini təmin etmək məqsədi ilə məhəllədaxili yollara asfalt örtüyü çəkilir.
Növbəti abadlıq işləri rayonun Zaur Kərimov küçəsində aparılmış və məhəllədaxili yollara asfalt örtüyü çəkilmişdir.
Rayon ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər mütəmadi olaraq davam etdirilir.
Yasamal bələdiyyəsi
|
|
|
|
|
|
|
|
|
|