2016-cı ilin oktyabr ayının 31-dən noyabr ayının 5-dək “Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində Yasamal Bələdiyyəsinin rayon sakinləri ilə keçirdiyi ilk görüş ə.Haqverdiyev küçəsi 2 ünvanda yerləşən Qarabağ müharibəsi əlilləri,veteranları və şəhid ailələri ictimai birlryinin Yasamal rayon şöbəsində 70 nəfər sakinin iştirakı ilə keçirilmişdir.
Bu barədə məlumatı Yasamal bələdiyyəsi yayıb. Məlumatda bildirilir ki, tədbirdə bələdiyyə rəhbərliyi və üzvləri, Yasamal rayon icra Hakimiyyətinin, Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiyasının nümayəndələri, “Milli Qəhrəman” və şəhid ailələri, Qarabağ müharıbəsi veternları, əlilləri və ictimai birliyin rəhbərliyi iştirak ediblər.
Tədbirdə çıxış edən Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov “Yerli Demokratiya Həftəsi”nin əhəmiyyətindən danışaraq bələdiyyənin həftə ərzində görəcəyi işlərdən həyata keçiriləcək layihələrdən danışıb.
Tədbirdə sakinləri maraqlandıran suallarda cavablandırılıb.
Belediyye.info
|
|
|
|