"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yasamal bələdiyyəsindən növbəti xeyrxah addım-edilən müraciət cavabsız qalmadı

--2020-05-09 / 13:24

Dünən sosial mediada Yasamal rayonu Vasif əliyev küçəsində, 1-çi qrup gözdən əlil xanım Aslanova Gülşənnin maddi və mənəvi dəstəyə ehtiyac olduğu qeyd edilmişdir. FB dostumuzun müraciətindən sonra Yasamal bələdiyyəsi bu barədə məlumat əldə edərək həmin xanımin yaşadığı ünvanı tapmış və ona ərzaq bağlaması təqdim edilmişdir. Bununla yanaşı onun qarşılaşdığı problemlərlə bağlı dərhal Yasamal bələdiyyəsinə müraciət etməsi də xahiş edilmişdir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı koronavirus təhlükəsi ilə əlaqədar "Evdə qal, həyatları xilas et!" çağırışı ilə 65 yaşlı insanlara qayğı və diqqətin göstərilməsi təşəbbüsünə qoşulan Yasamal bələdiyyəsi yaxından iştirak etməklə dəstək verməkdədir.

Aprel ayından başlayaraq Yasamal bələdiyyəsi tərəfindən rayon ərazisində yaşayan aztəminatlı ailələrə bələdiyyənin siyahisi üzrə bələdiyyənin rəsmilərinin və bələdiyyə qulluqçularının iştirakıyla ərzaq bağlamaları təqdim edilmişdir. Prosesin may ayının sonunadək davam edəcəyi nəzərdə tutulub.

Belediyye.info

ŞƏRHLƏR