Yasamal bələdiyyəsinin hesabatı (2015 -ci il birinci yarısı)
2015-cü ilin I yarımili ərzində Bələdiyyənin 6 iclası keçirilmiş və iclaslarda rayonun yerli əhəmiyyətli problemlərinin həlli üzrə 28 məsələyə baxılmış, hər bir məsələ üzrə müvafiq qərar qəbul edilərək onların icrası təmin edilmişdir.
Hesabat dövründə Bələdiyyəyə rayon sakinlərindən və ayrı-ayrı hüquqi şəxslərdən ümumilikdə 245 müraciət daxil olmuşdur. Bütün müraciətlər mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılmış, kollegial qərar qəbul edilməsinə ehtiyac olan məsələlər Bələdiyyə iclasına çıxarılaraq hər bir müraciət üzrə konkret qərarlar qəbul edilərək icrası təmin edilmişdir. Nəticədə Bələdiyyə tərəfindən 865 ünvana cavab məktubları, sorğular və müraciətlər göndərilmişdir.
Keçən müddət ərzində bələdiyyənin daha səmərəli fəaliyyətini təmin etmək məqsədilə təşkilati-idarəetmə strukturunu təkmilləşdirmiş, bələdiyyənin maliyyə-iqtisadi bazası möhkəmləndirilmişdir. Bələdiyyə idarəçiliyində müasir idarəetmə texnologiyalarını tətbiq etməklə vahid informasiya bazası yaradılmış və əhaliyə göstərilən ictimai xidmətlərin səviyyəsi xeyli dərəcədə yaxşıllaşdırılmışdır.
Eyni zamanda Yasamal Bələdiyyəsinin yeni inzibati binasında texniki və digər təhcizatla bağlı işlər başa çatdırılmış, rayon ərazisində yerli özünüidarəetmənin səmərəli həyata keçirilməsi üçün bələdiyyə üzvləri və qulluqçuları üçün müvafiq xidməti şərait yaradılmışdır.
Bələdiyyənin səmərəli fəaliyyəti onun güçlü iqtisadi potensialına malik olmasından birbaşa asılıdır. Ona görə də bələdiyyəmizin maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün ilk növbədə yerli vergi və ödənişlərin yığılması prosesi təkmilləşdirilmiş və vergi ödəyicilərinin avtomatlaşdırılmış uçotu sistemi yaradılmış, vergiödəyicilərə 20 minə yaxın tədiyyə bildirişləri göndərilmiş, nəticədə vergiödəyicilərin sayı 2,5 dəfə , bələdiyyə büdcəsinin gəlirləri isə 2 dəfə artırılmışdır.
Bildiyiniz kimi yerli vergi və ödənişlərin yığılması, bələdiyyə büdcəsinin lazımi səviyyədə formaılaşdırılması və onun maliyyə potensialının gücləndirilməsi, ilk növbədə bələdiyyə əhalisinin mənafeyinə uyğun yerli problemlərin həlli ilə bağlı sosial-iqtisadi, abadlıq-quruculuq və ekoloji proqramların reallaşdırılmasına xidmət etməlıdir.
Bu baxımdan Yasamal Bələdiyyəsi yaşayış məhəllələrin abadlaşdırılması və nümunəvi abad məhəllələr yaradaraq yerli sakinlərin istifadəsinə verilməsi sahəsində müəyyən təcrübə toplamış və müsbət nəticələr əldə etmişdir. Belə ki, bələdiyyəmiz fəaliyyətə başladığı ilk gündən işini inzibati ərazidə yaşayan sakinlərlə əlaqəli şəkildə qurmağa və yerli əhalinin bələdiyyənin fəaliyyətinə cəlb etməyə çalışmışdır. Fəaliyyət planımız sakinlərin sosial sifarişləri ilə bağlı daxil olan müracətlər əsasında tərtib olunur. ərazidə yaşayış məhəllələrin abadlaşdırılması zamanı da yerli əhalinin istək və arzularının nəzərə alınmasını vacib şərt kimi dəyərləndiririk. Bu məqsədlə bələdiyyənin inzibati ərazizində yaratdığımız məhəllə komitələrinin imkanlarından maksimum istifadə edirik. Onlara bələdiyyənin fəaliyyəti, funksiya və səlahiyyətləri , yerli vergi və ödənişlərin ödənilməsi, habelə məhəllə komitələrinin bələdiyyənin işində biləvasitə iştirakı ilə bağlı müvafiq maarifləndirmə işləri aparılır və eyni zamanda yerli problemlərin öyrənilməsi məqsədi ilə sorğular keçirilərək aşkar edilmiş problemlərin birgə həllinə nail olunur. əhali ilə birgə fəaliyyətin vacibliyini nəzərə alaraq 2015-ci ilin birinci yarımilində də 10 yeni məhəllə komitəsi yaradılmış və beləliklə də Yasamal bələdiyyəsində məhəllə komitələrinin sayı 84-ə çatdırılmışdır. Bu istiqamətdə işlərimizi davam etdiririk.
Bələdiyyə ərazisində yaşayan sakinlərin biləvasitə köməyi və dəstəyi ilə “Bir Bələdiyyə -azı bir layihə” çərçivəsində Yasamal Bələdiyyəsi tərəfindən son 5 il ərzində 5 yaşayış məhəlləsində, sakinlərin bütün sosial təbəqələri üçün hər cür şəraiti olan nümunəvi abad məhəllələr yaradılaraq onların idtifadəsinə verilmişdir. Abadlaşdırılmış məhəllələrdə sadə idman meydançaları tikilmiş və lazımi idman qurğuları ilə təchiz edilmişdir.
Bələdiyyə iclasının qərarı ilə məhəllələrdə abadlıq-quruçuluq işləri, ilk növbədə daha çox vergi ödəyən məhəllə komitələrinin ərazisində aparılması müəyyənləşdirilmişdir. Belə bir qərarın qəbul edilməsində məhəllə komitələri də iştirak etmiş və stimullaşdırıcı amil kimi bu təcrübə tərəfimizdən son illərdə uğurla tətbiq edilir. Bələdiyyə büdcəsinə ödənilən vergilərin əsasən də məhəlləsinin abadlaşdırılmasına və orada yaşayan aztəminatlı ailələrə maddi yardımlara yönəldilməsi barədə məlumatı olan və qonşu məhəllələrin timsalında bunu faktiki görən sakinlər vergilərin vaxtında ödənilməsində özləri maraqlı olurlar. Təcrübə göstərir ki, məhəllələrin abadlaşdırılması zamanı yerli əhalinin bələdiyyə işinə cəlb edilməsi, bələdiyyə fəaliyyətində şəffaflığın təmin edilməsinin əsas şərti kimi ictimai nəzarətin həyata keçirilməsinə şərait yaratmaqla bərabər, yerli əhalidə təşəbbuskarlığı da artırmış olur. Eyni zamanda istifadəyə verildilkdən sonra abadlaşdırılmış məhəllələrin qorunub saxlanması və yaşıllıqlara xidmət edilməsi işinin təşkilini maraqlı tərəf kimi məhəllə sakinləri öz üzərinə götürürlər.
Qeyd etdiyim müsbət nəticələri nəzərə alaraq ərazidə məhəllələrin abadlaşdırılması işində sakinlərin daha aktiv iştirakını təmin etmək məqsədilə tərəfimizdən məhəllə komitələrinin işinin daha səmərəli qurulması üçün onların koordinasıya şurası yaradılmış və imkanlarından maksimum yararlanmaq istiqamətində işlərimizi davam etdiririk. Məlumat üçün bildiririk ki, 2015-ci il ərzində də rayon ərazisində növbəti bir yaşayış məhəlləsinin abadlaşdırılmasını planlaşdırmışıq. Dörd hündürmərtəbəli yaşayış binasını özündə birləşdirən və 500-ə yaxın ailə olmaqla 2000 nəfərdən çox əhalinin yaşadığı məhəllədə hal-hazırda məhəllə komitəsinin yaradılması, sakinlərin iştirakı ilə məhəllənin planlaşdırılması, görüləcək abadlıq işlərinin smetasının müəyyənləşdirilməsi və yerli vergilərin yığılması istiqamətində müvafiq işlər aparılır.
Hesabat dövründə rayon sakinlərinin və rayon icra Hakimiyyətinin müraciətinə əsasən rayonun 4 ünvanında, A.Abbasov 9 B , M.Rahim 20, M.Prospekti 540-cı məhəllə və ə.əhmədov 28 ünvanlarda yaşayış məhəllələrinin yaşıllıqlarının suvarılması üçün məhəllələrə yeni su xətləri çəkilmiş və su sayğacları quraşdırılaraq sərf olunan suyun ödənişi həyata keçirilmişdir.
Cari ilin 1-ci rübündə rayonun M. Rahim 20 yaşayış məhəlləsi tam abadlaşdırılaraq sakinlərin istifadəsinə verilmişdir.
Hesabat dövründə Respublikamızda keçirilən I Avropa oyunlarına hazırlıq və oyunların keçirilməsi ilə bağlı tədbirlərdə də Yasamal Bələdiyyəsi fəal iştirak etmiş və öhdəsinə düşən məsələləri vaxtında və yüksək məsuliyyət hissi ilə yerinə yetirmişdir. Rayon ərazisindən keçən olimpiya marşurut yollarının kənarlarında təmir-tikinti və yaşıllaşdırma işləri aparılmış, bu məqsədlə bələdiyyə büdcəsindən 53 min manat maliyyə vəsaiti xərclənmişdir.
Ümumilikdə cari ilin I yarım ili ərzində təmir-tikinti və abadlıq işlərinə 78 min manat maliyyə vəsaiti xərclənmişdir.
Hesabat dövründə Yasamal bələdiyyəsi xarici ölkə bələdiyyələri ilə təcrübə mübadiləsi ilə bağlı da müəyyən işlər görmüşdür. Bələdiyyə rəhbərliyi yerli özünüidarəetmə sahəsində qabaqcıl təcrübənin öyrənilməsi məqsədi ilə qardaş Türkiyə Respublikasında və Litva dövlətində olmuş, qarşılıqlı əlaqələrin yaradılması istiqamətində müəyyən işlər aparılmışdır. Mövcud əlaqələr çərçivəsində Yasamal Bələdiyyəsi ilə qardaşlaşmış istanbul şəhərinin Pendik Bələdiyyəsinin 2015-ci ilin 18-24 aprel tarixlərində Beynəlxalq Uşaq şənliklərində bələdiyyəmizi Yasamal rayonunun 24 saylı Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin rəqs qrupu təmsil etmişdir.
Hesabat dövrü ərzində Yasamal Bələdiyyəsinə sosial problemlərlə bağlı rayon təşkilatlarından və sakinlərdən daxil olmuş mürajiətlər əsasında tədbirlər keçirilmiş və əhaliyə maddi yardımlar göstərilmişdir.
«20 Yanvar» fajiəsinin 25 ji ildönümü ilə əlaqədar Yasamal rayon icrahakimiyyəti ilə birgə 158 saylı orta məktəbdə keçirilən tədbirdə 40 nəfər şəhid ailəsinin hər birinə maddi və ərzaq yardımları göstərilmişdir.
Faşizm üzərində qələbənin 70 illiyi ilə əlaqədar olaraq bələdiyyənin yeni tikilmiş inzibati binasında 20 nəfər BVM veteraı ilə görüş keçirilmış və onlara maddi yardımlar göstərilmişdir.
Keçirilən tədbirlərlə yanaşı Bələdiyyəyə sakinlər tərəfindən daxil olan sosial məsələlərlə bağlı mürajiətlər yerində araşdırılmış, müvafiq komissiyalarda baxılmış və Bələdiyyə ijlasında müzakirə edilmişdir. Çıxarılan müvafiq qərarlara əsasən hesabat dövrü ərzində 3 şəhid ailəsinə, 5 Qarabağ əlilinə, 1 Gernobıl əlilinə, 29 əlilə, 3 tənha, ahıl şəxsə, 1 məcburi köçkün ailəsinə, 7 təqaüdçüyə, hüzür mərasimini keçirmək üçün 3 ailəyə, 12 imkansız ailəyə, ümumilikdə 121 nəfərə maddi yardım göstərilmişdir.
Rayon ərazisində yaşayan müharibə və əmək veteranlarının sosial müdafiəsini güjləndirmək məqsədilə rayon müharibə və əmək veteranları təşkilatına hər ay 200 manat vəsait ayrılmışdır.
Hesabat dövründə sosial humanitar tədbirlərə ümumilikdə 8650 manat vəsait xərjlənmişdir.
Gələcəkdə də Yasamal Bələdiyyəsi inzibati ərazisində yerli problemlərin həlli istiqamətində işlərini uğurla davam etdirmək əzmindədir.
Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov