Cəfərov Zakir Ramazan oğlu 01 iyun 1950- ci ildə Naxçıvan MR-nın şahbuz rayonunun Kolanı kəndində müəllim ailəsində anadan olub.
1967-ci ildə Naxçıvan MR- nın Culfa rayonunun Bənəniyar orta məktəbini bitirib.
1966-1971–ci illərdə Culfa rayonunun H.Cavid adına üzümçülük sovxozunda fəhlə işləyib.
1969-1971-ci illərdə hərbi xidmətdə olan Z.Cəfərov 1971-1972-ci illərdə Bakı Dövlət Universitetinin hazırlıq kursunda oxuyaraq 1972-1979-cu illərdə Bakı Dövlət Universitetinin Kimya fakultəsində təhsil alaraq, kimya müəllimi ixtisasına yiyələnib.
1980-ci ildən Bakı Dövlət Universitetinin Biokimya kafedrasına laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində işləyib.
Hazırda kafedranın dosenti vəzifəsində işləyir.
1994- cü ildə bilogiya elmər namizədi alimlik elmi dərəcəsini alıb.
45 elmi əsərin, 1 monoqrafiyanın, 1 metodiki göstərişin və 1 dərs vəsaitinin müəllifidir.
1999-cu ildə Bakı şəhəri Yasamal bələdiyyəsinin üzvi və Ekologiya daimi komissiyasının sədri seçilib. 2007-ci ilin yanvar ayından Yasamal bələdiyyəsinin sədri seçilib.
2009-cu ildə üçüncü dəfə Yasamal bələdiyyəsinin sədri vəzifəsinə seçilib.
2010-cu ildən Azərbaycan şəhər Bələdiyyələrin Milli Assosasiyasının sədr müavini seçilib.
1993-cü ildən YAP-ın üzvdür.
Ðiləlidir. iki övlad atasıdır.