Yasamal rayon icra Hakimiyyətinin təşkilatçılığı ilə 18 saylı məktəbin akt zalında “Qanlı 20 Yanvar faciəsi”nə həsr olunmuş təbdir keçirilib.
Görüşdə Yasamal rayon icra Hakimiyyəti Başçısının I müavini Səməd islamov, YAP Yasamal rayon təşkilatının sədriTağı əhmədov, Yasamal bələdiyyəsinin sədri Zakir Cəfərov, rayon ziyalıları, 20 Yanvar faciəsinin iştirakçıları və 20 yanvar şəhidinin ailələri iştirak edib.
Tədbirdə çıxış edən Başçının I müavini Səməd islamov 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlanıb, onları narahat edən mövzular ətrafında öz fikirlərini bildirib.
Tədbirdə çıxış edən 20 Yanvar faciəsi əlil və şəhid ailələri onlara göstərilən qayğı və diqqətə görə dövlət başçısına təşəkkürlərini bildiriblər.
Sonda 18 saylı məktəbin şagirdlərinin hazırladğı ədəbi-bədii kompozisiya təqdim edilib.
Görüşün sonunda 40 nəfər 20 Yanvar faciəsi əlil və şəhid ailəsinə Yasamal RiH-in və Yasamal bələdiyyəsinin birgə hazırladığı ərzaq yardımı göstərilib.
Belediyye.info