Yasamal ictimaiyyəti Yasamal rayon icra Hakimiyyətinin və yerli bələdiyyənin iştirakıyla 20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar rayon ərazisindəki memorial kompleksi ziyarət ediblər.
Anım mərasimində Yasamal rayon icra Hakimiyyətinin başçısı Elşad Həsənov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon bələdiyyəsinin kollektivi, ağsaqqallar, 20 Yanvar şəhid ailələrinin üzvləri və 20 Yanvar hadisələrində əlil olan sakinlər iştirak ediblər. Yasamal rayon icra Hakimiyyətinin başçısı Elşad Həsənov 20 yanvar şəhid ailələrinin üzvləri ilə görüşərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti ilham əliyev tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsinə xüsusi diqqət və qayğı göstərilib.
20 Yanvar hadisələrində sağlamlığını itirən əlillərin sosial müdafiəsi, pensiya təminatı həmişə dövlətimizin başçısının diqqətindədir. 20 Yanvar şəhidlərinin ailə üzvləri və əlillərin sosial müdafiəsinin təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Görüşdə şəhid ailələrini narahat edən məsələlərin həlliylə bağlı icra başçısı müvafiq tapşırıqlar verdi.
Belediyye.info
https://www.youtube.com/watch?v=qleXGHVAZ0o
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|