"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yasamal rayonunda məhəllədaxili yollar asfaltlanır

--2022-06-06 / 15:14
Vətəndaşların gediş-gəlişinin rahatlığını təmin etmək məqsədilə paytaxtın Yasamal rayonu ərazisində aparılan yenilənmə tədbirləri növbəti mərhələyə daxil olub. Yasamal rayonunun müxtəlif ünvanlarında Yasamal Rayon icra Hakimiyyətinin təşəbbüsü ilə məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsinə başlanılıb.
 
Bu işlərdə Yasamal Bələdiyyəsi və Mənzil Kommunal Təsərrüfatı Birliyi də fəal iştirak edir.Yerli sakinlərinin müraciətlərini nəzərə alaraq yenilənmə və təmir-bərpa işləri əsasən uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan, yol örtüyünün vəziyyəti qənaətbəxş olmayan, həmçinin torpaq əsaslı küçə və yollarda aparılır.
 
Aparılan asfaltlama işləri çərçivəsində küçələr boyu zəruri olan yerlərdə köhnə örtük sökülür və yararsız qrunt qazılaraq çıxarılır. Daha sonra isə yeni asfalt örtüyü döşənir.Yasamal Rayon icra Hakimiyyəti tərəfindən məhəllədaxili yollara asfalt örtüyünün çəkilməsi işləri tərtib edilmiş qrafikə uyğun olaraq aparılır.
 
Yasamal Bələdiyyəsi
ŞƏRHLƏR