Ölkədə qan ehtiyatını artırmaq üçün bu gün Yasamal rayon icra Hakimiyyətində qanvermə aksiyası keçirilib. Yasamal rayon icra Hakimiyyətinin başçısı Elşad Həsənov başda olmaqla icra Hakimiyyəti Aparatının və Yasamal Bələdiyyəsinin kollektivi bu xeyirxah aksiyada fəal iştirak edib.
Aksiya paytaxtdakı Milli Hematologiya və Transfuziologiya Mərkəzi həkimlərinin nəzarəti altında baş tutub. Mərkəzin həkim briqadası bu xeyirxah kampaniyaya qoşulanları müayinədən keçirdikdən sonra qanvermə aksiyası həyata keçirilirib. irsi və qan xəstəliyi olan insanlara kömək etmək məqsədilə Yasamal rayon icra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin əməkdaşları növbə ilə qan veriblər.
Bu günkü qanvermə kampaniyası Yasamal rayon icra Hakimiyyəti Aparatı kollektivinin və Yasamal bələdiyyəsinin kollektibnin qoşulduğu ilk aksiya deyil. Cari ilin aprel ayında icra Hakimiyyətinin kollektivi mütəşəkkil qaydada qanvermə aksiyasında iştirak etmişdi.
http://yasamal-ih.gov.az/news/856.html
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|