"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yasamal rayonunda növbəti səyyar görüş keçirilib

--2023-02-11 / 15:03

Azərbaycan Respublikasının Prezidenti  cənab ilham əliyevin dövlət qurumları rəhbərlərinin əhali ilə görüşlərinin keçirilməsi barədə tapşırığına uyğun olaraq Yasamal rayonunda növbəti səyyar görüş keçirilib. Sakinlərin problemlərinin həlli məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon icra Hakimiyyətinin başçısı Elşad Həsənov vətəndaşları dinləyib. Səyyar qəbul rayondakı Azərbaycan Dövlət Pedaqoji Kollecinin akt zalında baş tutdu. Görüşdə Yasamal rayonunun sakinləri, habelə rayon icra hakimiyyətinin məsul şəxsləri, Yasamal bələdiyyəsinin, Mənzil Kommunal Təsərrüfatı Birliyinin və xidmət sahələrinin rəhbərləri iştirak ediblər. Qəbulun əvvəlində Türkiyədəki zəlzələ zamanı həlak olan şəxslərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.Yasamal Rayon icra Hakimiyyətinin başçısı Elşad Həsənov  sakinləri qarşılaşdıqları problemlər barədə ətraflı danışmağa çağırdı və ötən il keçirilmiş görüş və qəbullar barədə qısa məlumat verdi.Bildirildi ki, 2022-ci il ərzində Yasamal Rayon icra Hakimiyyəti tərəfindən toplam 38 səyyar qəbul keçirilib və 520 müraciət qeydə alınıb. Bu müraciətlərin böyük əksəriyyəti öz həllini tapıb.

Daha sonra söz alan vətəndaşlar  küçələrin asfaltlanması, gözdən əlil şəxslərin mənzil təminatı, məşğulluq, sığınacaqla təmin edilmə, Vətən Müharibəsi qazilərinin işlə təmini və bir sıra sosial məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. Yasamal Rayon icra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı cavablar verdi. Bir sıra məsələlər icra başçısının göstərişi ilə yerindəcə öz həllini tapdı.Qəbulda sakinləri narahat edən problemlər dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılması üçün Yasamal Rayon icra Hakimiyyətinin başçısı tərəfindən müvafiq tapşırıqlar verildi.

Səyyar qəbuldan dərhal sonra Yasamal Rayon icra Hakimiyyətinin başçısı Elşad Həsənov “əlilliyi olan şəxslərə sosial dəstək” ictimai Birliyinin rəhbərliyinin dəvəti ilə qurumun ofisində oldu və təşkilatın fəaliyyəti ilə tanış oldu. Birliyinin fəaliyyəti üçün tələb olunan şərtlər barədə fikir mübadiləsi aparıldı.

http://yasamal-ih.gov.az/az/news/yasamal-rayon-icra-hakimiyyetinin-bascisi-sakinlerle-gorusdu-2023-02-10.html

ŞƏRHLƏR