Vətən müharibəsinin iştirakçisi olmuş şəhid Dadaşzadə Kənan Elman oğlunun Yasamal Bələdiyyəsinin “Mərasim evi”ndə dünyaya gəldiyi gün anım tədbiri keçirilmişdir. Tədbirdə Yasamal rayon icra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin rəhbər şəxsləri iştirak etmişdir.Torpaqlarımızın bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və ruhlarına dualar oxunub,Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
şəhidin ailə üzvləri və yaxınları, döyüş yoldaşları, eləcədə şəhid Dadaşzadə Kənan Elman oğlunun təhsil aldığı Yasamal rayonu 52 nömrəli orta məktəbin rəhbərliyi və müəllimlərinin iştirak etdiyi tədbirdə onun vətənpərvərliyindən, keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb.
Anım tədbirində 52 nömrəli orta məktəbin şagirdlərinin ifasında Vətən müharibəsinə və şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Yasamal rayon icra Hakimiyyəti və Yasamal bələdiyyəsi şəhid ailələrinin və qazilərin daima yanındadır və onlara xüsusi diqqət göstərir.
Yasamal bələdiyyəsi
|
|
|
|
|
|
|