sorğu
Bakı şəhəri A.Bakıxanov küçəsiylə Xan şuşinski küçəsinin kəsiməsində olan dördmərtəbəli binada çatlar yaranıb. Yaranmış vəziyyət barədə məlumatlı olduqlarını deyən Nəsimi rayon 52 saylı Mənzil-Kommunal istismar Sahəsində çalışan əməkdaşların sözlərinə görə, çatlar barəsində rayon rəhbərliyi məlumatlandırlıb. Bu gün MKiS əməkdaşları tərəfindən yaranmış çatın davamlı olmasını müəyyən etmək məqsədilə müxtəlif yerlərdən nişanələr qoyulub.
Qeyd edək ki, Bakı şəhər icra Hakimiyyətinin sifarişi ilə bir müddət əvvəl binada milli memarlıq üslubunda əsaslı təmir bərpa işləri aparılmışdır.
P.S. Mövzunu diqqətdə saxlayacağıq
Belediyye.info