"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yaxşı işləyən bələdiyyələr üçün medal təsis edilməlidir - Aydın Mirzəzadə

--2023-03-13 / 18:46

“Yaxşı bələdiyyələrin fəaliyyətinin mediada işıqlandırılmasına ehtiyac var. Çünki həmişə bələdiyyələrə bağlı mənfi aspektlərdə danışılır. insanlarda elə təsəvvür yaranır ki, bələdiyyədə ümumən yaxşı iş yoxdur. Amma yaxşı işləyən bələdiyyələr də var”.

Bunu Milli Məclisin bu günkü iclasında Bələdiyyəllərin Fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı ədliyyə Nazirliyinin təqdim etdiyi məruzənin müzakirəsi ilə bağlı deputat Aydın Mirzəzadə bildirib.

A.Mirzəzadə təkliflə çıxış edərək qeyd edib ki, müsbət işləyən bələdiyyələrin işıqlandırılması ədliyyə Naziriliyinin diqqətində olmaldır. O cümlədən deputat qeyd edib ki, “kiçik bələdiyyələrin birləşdirilməsi” məsləsinə diqqətlə yanaşılmalıdır. Onun sözlərinə görə, əgər iki kiçik bələdiyyə yaxşı işləyirsə, onların birləşdirilməsinə ehtiyac yoxdur. Bu vətəndaşların yaxın ərazilərdə yerləşən bələdiyyələrlə rahat əlaqə qurması baxımından da müsbətdir.

A.Mirzəzadə hesab edir ki, blədiyyələrin, deputatların, ədliyə Nazirliyinin birlikdə iclas keçirilməsinə də ehtiyac var.

“Bələdiyyələrin vasitəsi ilə ayrı-ayrı obyektlərin açılmasına imkan yaradılması müsbət addım olar. Bu, həm iş yeri, həm də bələdiyyələrin özünü idarəetməsi üçün ona dəstək ola bilər. Yaxşı işləyən bələdiyyələr üçün medal təsis edilməlidir”.

https://hafta.az/yaxsi-isleyen-belediyyeler-ucun-medal-tesis-edilmelidir--aydin-mirzezade-338271-xeber.html

ŞƏRHLƏR