Binəqədi rayon Binəqədi qəsəbəsi bələdiyyəsinin yeni tərkibdə fəaliyyətə başladığı müddətdə qəsəbədə çox işlər gördü-yol çəkdi, sıradan çıxmış yolları təmir etdi, kanalizasiya, su xəttlərini bərpa etdi və bu kimi işlərlə sakinlərin etimadını doğrultdu və sakinlərə xidmət göstərməyə bu çətin və həsas dövrdə də davam edir.
Baxmayaraq ki, bələdiyyə özünüidarə edən orqandır. Gəliri çox aşağıdır, yardımsevər, xeyirxah iş adamlarının, sahibkar və ərazisində yerləşən şirkətlərin, eləcə də bu prosesdə böyük zəhməti olan Unec Xeyriyye Qrup cəmiyyətinin dəstəyi ilə 15 gün ərzində 200 ailəyə ərzaq payı verə bilib və hələ də şəhid ailələrinə, imkansiz, tək-kimsəsiz, xəstə ailələrə yardım etməklə onların bu çətin günlərdə dayağı olur.
Yazmaqda məqsədim Binəqədi qəsəbə bələdiyyəsini nümunə olaraq digər qurumlara çatdırmaqdır.
BiZ BiRLiKDə DAHA GÜCLÜYÜK!
Niyaz Niftiyev Feride Qurbanova Nihad Haqverdiyev Orxan isayev Mətanət Hüseyn Qızı Shahin Maharramli. Hər birinizə və sizə yardım edən hər kəsə sakinlər adından dərin minnətdarlığımı bildirirəm!
Yeganə Abdullayeva
Binəqədi qəsəbə bələdiyyəsinin üzvü, Memarlar ittifaqının və Rəssamlar ittifaqının üzvü, memar
|
|
|
|
|
|