Latviya respublikasında rəsmi səfərdə olan Suraxanı rayon nümayəndə heyətinin üzvü Qaraçuxur bələdiyyəsinin sədri ixtiyar Nəcəfovun Belediyye.infoya verdiyi məlimata görə, 9 ıyul tarixində Yekabplis şəhərində “şəhər günü” qeyd edilib.
Mərasim də bu şəhərlə qardaşlaşan Suraxanı rayonun Qaraçuxur bələdiyyəsinin və rayon ictimaiyyətindən ibarət nümayəndə heyəti də iştirak edib.
Rəsmi mərasimdə Azərbycan adından təbrik məktubu oxunub.
Rəsmi paradda şəhərin sənaye kollektivlərini, təhsil, səhiyyə və gənclər təşkilatlarının hazırladıqları təqdimatlar sərgilənib.
i. Nəcəfovun verdyi məlumata görə, tədbirdə nümayəndə heyəti də yaxından iştirak edib və təqdimatda onlarca ölkəmizin bayrağı dalğalanıb.
Xatırladaq ki, on iyuladək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti digər ölkə nümayəndələriylə görüşlər keçirəcək, habelə Yekabplis şəhər bələdiyyəsiylə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi, habelə birgə layihələrin işlənməsi üçün fikir mübadiləsi aparacaq.
Yekablis 1670- ci ildə Latviyanın şəhər statusu almış qədim şəhərlərindən biridir. Haızrda şəhərdə 30 min nəfərə yaxın əhali yaşayır.
Belediyye.info
|
|
|
|
|
|