297 saylı tam orta məktəbin akt zalında Binəqədi Rayon icra Hakimiyyəti başçısı Elxan Allahverdiyevin Biləcəri qəsəbəsi sakinləri ilə səyyar görüşü keçirilib.
Görüşdə rayon rəhbəri ilə yanaşı, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, RiH başçısının müavinləri, aparatın şöbə müdirləri və xidmət sahələrinin rəhbərləri bə yerli bələdiyyənin rəsmiləri iştirak edib.
Sakinlər çıxış edərək ərazidə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirməklə yanaşı və onları narahat edən bəzi nöqsan və çatışmazlıqların aradan qaldırılmasını xahiş ediblər.
Rayon icra Hakimiyyəti başçısı Elxan Allahverdiyev sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib.
Belediyye.info
|
|
|
|