Müsahibimiz şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradovdur
Bu günlərdə 2022-ci ilin birinci rübübünün yekunlarına həsr olunmuş müşavirədə Prezident ilham əliyevin açıqladıqı iqtisadi göstəricilər, Azərbaycan iqtisadiyyatında yenidə vüsət alan inkişaf, prosseslərinin növbəti təsdiqi oldu. ilk üç ayda ümummi daxili məhsulda 6,8 faiz, qeyri neft iqtisadiyyatının 10 faizdən çox, sənaye istehsalı sahəsində 4 faiz artımın olması göstərirki Azərbaycan pondemiyanın yaratdıqı çətinliklər dövrünü artıq geridə qoyub, həyata keçirilən iqtisadi islahatlar hər hesabat dövründə daha böyük uğurlarla əlamətdar olur. Cənab Prezidentimizin uğurlu iqtisadi inkişaf siyasəti dövlətimizin qarşısında dəyanan məqsədləri layiqincə təmin edir. Müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər əliyevin siyasi kursunun davamçısı cənab ilham əliyev prezident və Ali Baş Komandan kimi son illər Azərbaycanın tarixinə qızıl hərflərlə yazdı. O, Azərbaycanın müstəqil dövlət kimi güclənməsi, milli maraqlara söykənən müstəqil siyasət yürütməsini təmin edərək onu Cənubi Qafqazın ən güclü dövlətinə, dünyada söz sahibinə çevirdi:- Müsahibin şirvan Bələdiyyəsinin sədri uzun illər şirvanın qurub yaradılmasında zəhməti olan ziyalımız YAP-ın ərazi təşkilatının sədri Kürdoğlu Muradov söhbətinə belə başladı, bildirdi ki;
- Azərbaycan ötən illərin sınaqlarından Zəfərlə şıxdı.Mənfur düşmənin ayaqları altında illərdir inləyən torpaqlarımızda, dağıdılıb talan edilən yaşayış məntəqələrimizdə Azərbaycan bayrağı yüksəldi. Azərbaycan xalqı üçün geridə qalan 2020-2021 ci ilin ən böyük hadisəsi ərazi bütövlüyümüzün bərpası oldu. Sentyabrın 27-də başlanan 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Bu savaş Müzəffər Ali Baş Komandan ilham əliyevin şərtləri ilə düşmənin Kapitulyasiyası ilə başa çatdı.
Bütün bunlar bizim qəlbimizi qürur hissi ilə doldurur. Odur ki, hər kəsi öz növbəsindən, çalışdığı sahədə daha inamla işləməyə, şəhəriminin sosial-iqtisadi inkişafına tövhə verməyə səsləyir. Onu da qeyd edim ki, ötən illərdə şirvanda icra Hakimiyyətinin başçısı ilqar Abbasovun rəhbərliyi ilə pandemiyaya qarşı ardıcıl olaraq çox ciddi kütləvi tədbirlər, dezinfeksiya işləri aparılıb və eyni zamanda genişmiqyaslı quruculuq və abadlıq işləri davam etdirilib. Eyni zamanda şəhid ailələri Vətən Müharibəsi qazilərinin,iştirakçılarının problemləri də öz həllini tapır. şirvan Bələdiyyəsi də bu tədbirlərdən kənarda qalmayıb.Belə ki, ötən müddət ərzində az təminatlı, imkansız ailələrə Bələdiyyə öz imkanı daxilində maddi köməkliklər göstərib. şəhərin S.Zeynalov küçəsi 2 nömrəli binanın qarşısında tikilən xeyir-şər yerinin dam örtüyünün düzəldilməsi üçün ferma quraşdırılıb qoyulub, yenə həmin küçədə 17 saylı binanın qarşısında şəhid Mənəfli əli əflan oğlunun xatirəsini əbədləşdirmək üçün xatirə lövhəsi hazırlanmışdır. Bütün bununla yanaşı şəhidlər xiyabanında arxa giriş hissəsində ki, hasar, su hovuzu, gümbəz, köhnə rənglərdən təmizlənərək yenidən rənglənib. Bələdiyyənin yaşıllıq sahəsindədə xeyli işlər görülüb, kanallar təmizlənib, ağaclara aqrotexniki qulluq edilib. şəhərin L.ibrahimob küçəsi 14 saylı binanın qarşısındakı M.ə.Rəzulzadə 17, 17/1, 17/2 saylı binaların qarşısıdakı, T.ismayılov küçəsi 2,5,11A, və 15 saylı binaların qarşısındakı məhələlərdə təmir və abadlıq işləri aparılmışdır. şəhərin Energetik küçəsindəki 5 nömrəli binanın qarşısında şəhid Nihat Rəhimlinin xatirə lövhəsi vurulmuş, Hacıqəhrəmanlı qəsəbəsində Aprel Döyüşlərində şəhid olmuş ərəbli Rahil Rafiq oğlunun xatirə lövhəsi, şəhərin el qəbristanlıqında şəhid əliyev Cəmaləddin Mətləb oğlunun baş daşı, şəhidlər xiyabanında Mirzəyev Mahir Talıb oğlunun baş daşı üzərindəki şəkili yenisi ilə əvəz olunmuşdur. şəhərin 1 May küçəsində şəhid Kərimov Vüqar Yadigar oğlunun və şəhid Quliyev imran Nəriman oğlunun xatirəsini əbədiləşdirmək məqsədi ilə abidə kompleksinin tikintisi başa çatdırılmışdır. şəhərin 20 Yanvar küçəsi 9 saylı binanın qarşısındakı xeyir-şər yerinə 12 ədəd stul alınaraq verilmişdir. Bununla yanaşı M.Mirzəyev küçəsində yaşayan Məmmədova Cəmilə Fərhad qızına yanmış evinin bərpası məqsədi ilə tikinti materialları ilə köməklik göstərilmişdir. şəhərr sakini Rzayeva Gülsunda Rza qızına və şəhid bacısı Rəsulova Bəhruzə Rəsul qızına da tikinti materialları ilə köməklik göstərilmişdir. Çernobul əlili Ramiz Məhəmmədovun xəsdə övladının müalicəsinədə maddi köməklik edilib. şəhər Bələdiyyəsi tərəfindən Novruz bayramı ərəfəsində şəhid və qazi ailələrinə, imkansızlara bayram sovqatı verilib.
Hər il olduğu kimi, ötən ildə də, Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrindən qanunsuz istifadə olunmasına qarşı da, mübarizə aparılmışdır. Belə , ki keçmiş əmlak Komitəsi yanında Dövlət Reyster Xidmətinin ərazi idarəsinin Mülkiyyət Hüquqlarının Qeydiyyatı üzrə verilmiş sənədlər əsasında yaşadıqları həyətlərdən Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrindən faktiki qanunsuz istifadə edən şəhər sakinləri müəyyənləşdirilmiş onlarla qanunvericiliyin tələbləribnə müvafiq maarifləndirmə işləri aparılmış, sənədləşmə ilə bağlı rəsmi xəbərdarlıq məktubları göndərilmişdir. Görülmüş tədbirlərin və aparlmış qanuna-müvafiq izahatların nəticəsi olaraq vətəndaşlar faktiki istifadələrində olan Bələdiyyə mülkiyyətinə məxsus torpaqların sənədləşdirilməsi ilə bağlı şirvan Bələdiyyəsinə ərizə və müvafiq sənədlər təqdim etməyə başlamışlar.
Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələri barədə aylıq, rüblük və illik hesabatlar , o cümlədən Bələdiyyənin ehtiyyat fondu, Perspektiv inkişaf fondu, ümumi istifadədə olan torpaq sahələri, kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar, özgəninkiləşdirilmiş və ya icarəyə verilmiş torpaq sahələri barədə məlumatları və torpağın növlərinə uyğun istifadə vəziyyətini özündə kəs etdirən cədvəl forması hazırlanaraq torpaqların elektron uçot sisteminə daxil edilməsi üçün müvafiq orqanlara təqdim olunmuşdur. Bələdiyyə mülkiyyətində olan torpaq ehtiyyatlarından düzgün, təyinatına uyğun istifadə edilməsi, torpaq sahələrinin münbitliyi, ekoloji şəraitin yaxşılaşdırılması, onun zəbt olunması hallarına qarşı tədbirlərin gücləndirilməsi bu sahədə nöqsanların aradan qaldırılması və təkrarlanmaması üçün tərəffimizdən daimi reydlər keçirilir və şəhər əhalisi arasında maarifləndirmə işləri aparılır. şəhərdə torpaq və əmlak vergisinin toplanmasındada bu imkanlardan və təcrübələrdən istifadə edilir. Qanunvericiliyin tələbləri vətandaşlara izah edilir.
Gördüyümüz işlər barədə vaxtaşırı seçicilərə məlumat çatdırılır. Onlar KiV-lər vasitəsi ilə Bələdiyyənin fəaliyyəti haqqında məlumat əldə edirlər. Bu da işimizdə şəffaflığın təmin olunmasına bir nümunədir.
Rasim Nəhmədov
Xüsusi olaraq Belediyye.info üçün