"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

Yeni seçilmiş bələdiyyə sədri işçilərin tutduğu vəzifəyə uyğun olduğunu və ya olmadığını yoxlamaq üçün nə etməlidir?

--2020-01-25 / 14:47

Sualımızı Azərbaycan Bələdiyyə işçiləri Həmkarlar ittifaqı Respublika Komitəsinin hüquq müfəttişi Məhəmməd Kərimov cavablandırır:

-          əmək qanunvericiliyi belə vəziyyətdə işçilərin peşəkarlıq səviyyəsini yoxlamaq üçün işçilərin attestasiyasının keçirilməsini nəzərdə tutur. işçilərin attestasiyası, onun keçirilməsi qaydaları, şərtləri və attestasiyanın nəticələrinin tənzimlənməsi əmək Məcəlləsinə və "Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi qaydaları"na uyğun həyata keçirilir.

əmək Məcəlləsində attestasiyanın işçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə keçirildiyi nəzərdə tutulub.

Qeyd etməliyəm ki, qanunvericilik bəzi kateqoriyadan olan işçilərin attestasiyadan keçirilməsinə qadağa qoyur.

Belediyye.info

ŞƏRHLƏR